21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakcell şirkəti dekabrın 17-də Naxçıvan Muxtar Respublikasında "Bakcell"in yeni Müştəri Xidmətləri Mərkəzi və diler mağazasını açıb. Məlumat Xeberler.az saytına Bakcell şirkətinin mətbuat xidmətindən verilib.
Açılış mərasimində Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar nazirinin müavini Əli Mikayılov və Bakcell-in baş satış direktoru Fedja Hadzic da iştirak ediblər.
Bakcell-in Satış və Müştəri xidmətləri Mərkəzi Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında abunəçilərinə tam çeşiddə xidmətlər təqdim edir.
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 37 ünvanında yerləşən diler mağazasının açılışında qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Qonaqlara həmçinin Naxçıvanda ilk dəfə olaraq Bakcell səyyar satış və xidmət nöqtəsi təqdim olunub. Mərkəz xüsusi avtomobil üzərində qurulub və Muxtar Respublikanın bütün ərazisində Bakcell abunəçilərinə xidmət göstərəcək. Buradan pulsuz DoğmaCIN tarifli nömrələr əldə edən abunəçilərə kampaniya çərçivəsində 6 aya 30 dəqiqə bonus təqdim olunur.
DoğmaCIN tarifindən faydalanan abunəçilər şəbəkədaxili bir dəqiqə üçün cəmi 2 qəpik, şəbəkəxarici bir dəqiqə üçün isə 4 qəpik ödəyirlər.
Bundan başqa, Naxçıvan üçün nəzərdə tutulan kampaniyanın şərtlərinə uyğun olaraq, cəmi 18 AZN ödəməklə 3 aylıq Sür@ İnternet paketi və Sür@ data kartı pulsuz əldə etmək olar.
![]()  | 
![]()  | 
![]()  | 
![]()  |