21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bankamatdan xəbəri olmayan yoxdur. Pul çıxarılır, borclar ödənililir. Ancaq bankomat digərlərindən fərqlidir. Çünki bu bankomatdan pul yox, qızıl çıxır. Almaniyada bir firmanın istehsalı olan cihaz pul və ya kredit kartı ilə 24 əyar qızıl satır.
İnternetə bağlı olan bankomat 10 dəqiqə fasilə ilə qlobal bazarlardakı qızıl qiymətlərini də təqdim edir. Beləliklə qızıl müştəriyə real qiyməti ilə təqdim olunur. İstəyən hər adam qızılı külçə və yaxud sikkə şəklində əldə edə bilir. Aparat 320 müxtəlif ağırlıqda və görünüşdə qızıl verir.
Əbu Dabi, Almaniya, İtaliya və İspaniyadan sonra 5-ci belə bankomat indi Birləşmiş Ştatların Florida ştatında bir ticarət mərkəzinə yerləşdirilib. Hər bankomatın içində 150 min dollarlıq qızıl və pul olur. Hər bankomatın yanında da təhlükəsizlik işçisi dayanır. Bundan əlavə bankomatın içinə də təhlükəsilik kamerası yerləşidirilib.
Firma rəsmiləri cihazlara tələbatın olduqca yüksək olduğunu, nəticədə yerləşdirdikləri qızılların iki gündə satıldığını deyirlər. Bu bankomatların zərgərlərin işinə necə təsir edəcəyi bilinməsə də böyük marağa səbəb olduğu həqiqətdir.///xezerxeber