21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün  Multimedia İnformasiya Sistemləri  və Texnologiyaları Mərkəzi tərəfindən Azərbaycan Media Mərkəzində  “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər  və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib. 



Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru, layihənin rəhbəri Osman Gündüz “Dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin monitorinqinin nəticələri” mövzusunda və İREX -Media  qurumunun nümayəndəsi , Layihənin eksperti Ələsgər Məmmədlinin  “İctimai İnformasiya mərkəzləri İnfrastrukturunun yaradılması ilə bağlı təkliflər” mövzusunda təqdimatları olub. 
Dövlət qurumlarının, özəl və ictimai sektorun təmsilçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi Dəyirmi Masada informasiya azadlığının gerçəkləşməsi üçün qanunvericilikdə yaradılması nəzərdə tutulan İctimai informasiya Mərkəzlərinin formalaşması sahəsində mövcud vəziyyət və problemlər ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə İctimai Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev, ”İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Ombudsman Aparatının nümayəndəsi Tağıyev Nəcəf, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, YYSQ-nin sədri Aydınxan Əbilov, Xəzər TV-nin nümayəndəsi Qulu Məhərrəmli, USAİD –in nümayəndəsi Ülvi İsmayıl və digər nümayəndələr çıxış ediblər. Müzakirələr zamanı ölkədə informasiya azadlığının gerçəkləşməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulan addımların bir qismi reallaşsa da, əslində bu sahədə xeyli problemlərin olması qeyd olunub.
Xüsusilə, İnformasiya müvəkkili İnstitutunun yaradılmaması, dövlət qurumlarının informasiya resurslarının qanunvericiliyin tələblərinə cavab verməməsi, hökumət tərəfindən elektron xidmətlərin yaradılması ilə bağlı sahəyə diqqətin yetərli olmaması, vətəndaşların informasiya tələbatının olmaması haqqında fikirlər irəli sürülüb.
Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  tərəfindən dəstəklənən “İnformasiya  azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması”  Layihəsi çərçivəsində keçirilib. 
Daha  geniş məlumat www.informasiya.org  saytında yerləşdirilib.