21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Fransanın 5-ci, dünyanın 71-ci şirkəti olan “France Telecom” kütləvi intihar dalğası ilə sarsılıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, dünya şöhrətli mobil operator qlobal maliyyə böhranı səbəbindən ciddi sıxıntılar yaşayır.
2002-ci ildən kütləvi ixtisarlara başlanılan “France Telecom”un 100 mini Fransada olmaqla 187 min işçisi var. Son vaxtlar şirkətin iş yerini itirmək qorxusu ilə bir-birinin ardınca intihar edən əməkdaşlarının sayı 23-ə çatıb.
Maraqlıdır ki, bu fakt yalnız sonuncu intihardan – 32 yaşlı Stefaninin özünü ofis binasının 4-cü mərtəbəsindən atmasından sonra ortaya çıxıb. Stefani atasının elektron poçtuna yazdığı ölümqabağı məktubunda intihara hazırlaşdığını, bununla da “France Telecom”un intihar edən 23-cü əməkdaşı olacağını bildirib. O, intihar etməsinə səbəb kimi şirkətdə aparılan restrukturizasiya proseslərini qəbul etməməsini göstərib. Həmkarlar təşkilatları isə iddia edir ki, restrukturizasiya ilə əlaqədar “France Telecom”da iş şərtləri süni şəkildə çətinləşdirilir, bununla da əməkdaşlar işdən könüllü şəkildə getməyə məcbur edilir.
Artıq Fransanın əmək naziri Xavier Darcos məsələ ilə bağlı “France Telecom”un prezidenti Didier Lombard ilə görüşüb və kütləvi intiharlarla bağlı araşdırma aparılmasını tələb edib.
Bu arada Fransanın Trua şəhərində şirkətin 49 yaşlı texniki işçisi daha aşağı vəzifəyə keçirilməsi səbəbindən özünü bıçaqlayaraq intihara cəhd edib. Hadisə iş yerində baş verib. Bu olaydan sonra mobil operatorun insan ehtiyatları direktoru Olivier Barberot zəif psixologiyaya malik əməkdaşların nəzarət altına alınacağını bildirib.