21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun onlayn qeydiyyat sistemində artıq bir sıra iddiaçı qeydiyyatdan keçib.
 Fondun İcraçı direktorunun müavini Azər Bayramovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, layihələrin qəbulu may ayınadək davam edəcək.
  
 
"Aprelin 2-dən bu günədək "www.ictfund.gov.az" saytının "e-qrant" bölməsində 40-dək qrant iddiaçı qeydiyyatdan keçib. Qrant layihələrinin  qəbulu  mayın 2-də başa çatacaq və bundan sonra onların ekspertlər tərəfindən qiymətləndirilməsi prosesi həyata keçiriləcək",- deyə o bildirib.
  
 
Müsabiqənin qalibləri təxminən iyun ayında məlum olacaq. Layihələrə 10 min manatdan  300 min manatadək vəsait ayrılması nəzərdə tutulub. 
 
Müəlliflər üçün VÖİN layihənin qəbul olunduğu təsdiq edildikdən sonra açılacaq ki, müəllif xərclərə və problemlərə məruz qalmasın.(İctnews)