21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünən Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 mətbu nəşrlə bağlı müraciətləri araşdırıb. Komissiya əvvəlcə Cəlilabad poçt filialının və İmişli rayonunun Bəcirəvan kənd sakini Qismət Cəfərovun “Azadlıq” qəzeti ilə bağlı şikayətlərini müzakirə edib.
Qəzetin baş direktoru Azər Əhmədov nəşrin 17 və 27 avqust 2010-cu il tarixli saylarında gedən “Poçt şöbəsində 5 min manat qiyamı” və “İmişlidə prezident fərmanı işləmir!” sərlövhəli yazılarla bağlı qarşı tərəfin mövqelərini əks etdirən materialların dərc olunduğu barədə məlumat verib. Qarşı tərəf bunu razılıqla qarşıladığından komissiya məsələləri həll olunmuş sayıb.
Şikayətlər üzrə Komissiya bununla yanaşı qəzetə belə materialların təqdimatında balans prinsipinin tələblərinin gözlənilməsini, yazılarda qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsini tövsiyə edib.
Sonra komissiya Bakı Şəhər Baş Polis İdarəsinin “Rəsmi Azərbaycan” qəzetinin əməkdaşı Rövşən Əliyevin peşə etikası ilə bir araya sığmayan hərəkətləri barədə təqdimatına baxıb. R.Əliyev məsələnin hüquqi müstəvidən çıxarılaraq MŞ-nin müzakirəsinə verildiyi üçün Mətbuat Şurasına minnətdarlığını bildirdi. O, komissiya üzvlərinin suallarını cavablandırarkən orta təhsilli olmasını, maddi təmənna müqabilində baş redaktor Ruslan Cabbarovdan qəzetin vəsiqəsini almasını və dərc etdiyi hər yazının müqabilində mətbu nəşr rəhbərinə pul ödədiyini bildirdi. Komissiya yekdilliklə rəyə gəldi ki, bu kimi hallar peşə fəaliyyəti ilə bir araya sığmadığından “Rəsmi Azərbaycan” qəzeti ilə bağlı məsələnin Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasında araşdırılması vacibdir.
Komissiyada “Bizim dövr” qəzeti ilə bağlı 3 şikayətə baxılıb, Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həmin mətbu orqanla əlaqədar müvafiq araşdırma aparmaq tövsiyə olunub.
Komissiya Bakı şəhər sakinləri Zoya Hüseynovanın, Çimnaz Hüseynovanın və başqalarının “Məhkəmə və qanun” qəzeti ilə bağlı müraciətlərinə baxarkən aydınlaşdırıb ki, bu məsələlərin də motivində hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu cəhətlər var. Komissiya bütün bunları nəzərə alaraq toplanmış materialların aidiyyəti üzrə göndərilməsi barədə rəy çıxarıb.
MƏNBƏ: YENİ MÜSAVAT