3 iyul tarixdə Park İnn Otelində Startup Azərbaycan yekun təqdimat mərasimi keçiriləcək. 
3 iyul tarixdə Park İnn Otelində Startup Azərbaycan yekun təqdimat mərasimi və “Startup
mühitinin (ekosistemin) formalaşmasına dövlətin, özəl sektorun və fərdi investorların 
dəstəyi mövzusunda Konfrans keçiriləcək. 
Təqdimat mərasimində Startup Azərbaycan 2014 Layihəsinin yekunları və milli startup 
Müsabiqəsinin nəticələri haqqında təqdimatlar olacaq. Startup Azərbaycan Müsabiqəsinin 
finalçıları elan olunacaq, onlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.
46 startup layihəsinin təqdim edildiyi bu ilki Müsabiqənin qalibləri 15 Yarımfinalçı startup 
arasından seçilib.
Yekun tədbirlər çərçivəsində həmçinin finala çıxan startuplarla investorların qapalı görüşü ( 
pitç sessiya) təşkil olunacaq. Finalçılar investorlar qarşısında öz layihələri ilə bağlı qısa 
müddətli Təqdimatlar edəcəklər. 
Ənənəvi Startup Azərbaycan 2014 Konfransının məqsədi ölkədə milli startupların 
inkişafına, ümumiyyətlə İnternet biznesə dəstək və inkişaf perspektivləri ilə bağlı maraqlı 
tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır. Müzakirələrin yekunu olaraq təkliflər 
hazırlanacaq və müvafiq qurumlara təqdim ediləcək. Konfrans bir Paneldən ibarət olacaq.
Yekun tədbirlərdə və milli konfransda startuplar sahəsində bütün maraqlı tərəflər - startup 
komandaları, dövlət qurumaları və texnoparkların nümayəndələri, İnvestorlar və İT 
şirkətlər, mentorlar və ekspertlər diskussiya aparmaq və əlaqələr qurmaq üçün real imkanlar qazanacaqlar. 
Tədbirlərlə bağlı əlavə məlumat almaq, təklif və rəylər təqdim etmək üçün əlaqə: 
[email protected]Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir. 
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM, Smart Systems və Bakcell şirkətləri 
Startup Azərbaycan-a dəstək verirlər.