21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Cari ilin sentyabr ayında Sumqayıt və Gəncə şəhərlərində ATS-lərin NGN texnologiyası əsasında elektronlaşdırılmasına başlanacaq.
 
Bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. 
Onun sözlərin görə, hazırda bu işlərin icrasına dair tender başa çatdırılıb: “Biz tenderi başa çatdırmışıq və artıq sentyabr ayında Sumqayıt və Gəncə şəhərlərində ATS-lərin yenidən qurulması işlərini həyata keçirəcək podratçı şirkətlə müqavilə imzalamışıq”. 
Bundan əlavə İ. Məmmədov həmçinin Bakı şəhərində ATS-lərin tam elektronlaşdırılmasına dair tenderin başa çatdığını qeyd edib: “Bu tenderin qalibi ilə hələ ki müqavilə bağlanmayıb, lakin bu podratçı şirkət tərəfindən 471, 472, 474, 475, 476, 470, 423, 438, 439, 494, 495, 493 və 498 saylı indekslər tam elektronlaşdırılacaq».
Qeyd edək ki, «Aztelekom» Azərbaycanın regionlarında ilk dəfə NGN texnologiyasını Şamaxıda tətbiq edib. «Elektron Azərbaycan»ın kiçik modeli kimi reallaşdırılan «Elektron Şamaxı» layihəsinin həyata keçirilməsi nəticəsində Şamaxı rayonunun mərkəzində və 23 kənd yaşayış məntəqəsində quraşdırılmış NGN şəbəkəsi ötən ilin sonunda əhalinin istifadəsinə verilib.
NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, İnternetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə etmək imkanı verir. Bura çıxış zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, giriş zənglərinin məhdudlaşdırılması, birbaşa yönəltmə, cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, nömrənin gizlədilməsi, ehtiyatda olan nömrə gizlətmə və s. xidmətlər aiddir.