21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan İnternet Forumu RİTN yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurası ilə birgə “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirəcək.
Tədbirin keçirilməsində məqsəd İnternet media
qurumlarının fəaliyyətində  mövcud və
yarana biləcək kibertəhlükələr və onların aradan qaldırılması yolları ətrafında
müzakirələr aparmaq və müvafiq təkliflər hazırlamaqdır. 
Tədbirdə qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi məsələlərinə
cavabdeh dövlət qurumu olan Elektron Təhlükəsizlik Mərkəzinin informasiya
təhlükəsizliyinin qorunması istiqamətində gördüyü işlər və gələcək fəaliyyət
istiqamətləri haqqında məlumatlar veriləcək. 
 Dəyirmi Masada ölkənin xəbər portallarına, İnternet
media resurslarına virtual hücumlar və  “informasiya
terroru” ətrafında, DDoS hücumların mahiyyəti 
və ondan qorunmaq yolları ətrafında müzakirələr aparılacaq. 
İnformasiya təhlükəsizliyi sahəsində ekspertlərin iştirakı ilə keçiriləcək tədbirdə
İnternet Medianın informasiya təhlükəsizliyinin qorunması  üçün zəruri olan tədbirlər haqqında tövsiyələr
səsləndiriləcək. 
Tədbirdə xəbər portallarının redaktorları və təhlükəsizliklə bağlı məsul şəxslərinin iştirakı nəzərdə tutulub.
Tədbirin növbəti ayın əvvəli keçirilməsi planlaşdırılıb.