21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri Qurban bayramı münasibətilə yeni rabitə obyektlərini əhalinin istifadəsinə verib.
Nazirlikdən verilən məlumata görə,«Aztelekom» İstehsalat Birliyi tərəfindən Biləsuvar və Ağsu rayonlarının mərkəzi ATS-ləri rekonstruksiya olunub və müvafiq olaraq 4512/868 və 4000/1530 nömrə tutumlu yeni elektron tipli ATS-lər quraşdırılaraq əhalinin istifadəsinə verilib.
Bundan başqa, İsmayıllı rayonunun Gülyan və Kürdmaşı, Bərdənin Qaradəmirçi-I 512/60 nömrə tutumlu, Astaranın Səncərədi, Göyçayın Qaraxıdır, Xaçmazın Qımılqışlaq və Mürşüdoba, Lerikin Gürdəsər və Əliabad, Beyləqanın Xocavənd kəndlərində 256/30 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılıb. Həmçinin Lənkəranın Boladi (1296/240), Gərmətük (1200/240), Daşdatük (128/30), Vel (384/30) kəndlərində də yeni elektron ATS-lər qurulub. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən bu günlərdə Neapol-2 yaşayış sahəsində 3100 nömrə, Badamdar qəsəbəsində elektron ATS-in tutumu 1872 nömrə artırılmaqla istifadəyə verilib.
Eyni zamanda yüksək sürətli internet xidmətlərinin göstərilməsi üçün ADSL portları Şağan ATS-də 144, Qaraçuxur ATS-də 192, ATS-432/434 704, ATS-410, Badamdar, Zabrat, Hövsan ATS-lərinin hər birində isə 96 ədəd artırılıb. Bundan başqa, «Azərpoçt» MMC Qurban bayramı münasibətilə Ağcabədidə Qiyamadınlı və Hindarx, Biləsuvarda Ağalıkənd, Ağstafada Xətai kəndlərində yerləşən poçt şöbələrinin, həmçinin Şəmkirdə 5 saylı şəhər poçt şöbəsinin yeni binalarını istifadəyə verəcək.