21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Azərbaycan iqtisadiyyatının sabitliyi və milli valyutanın sabit məzənnəsi informasiya və kommunikasiya texnologiyaları bazarının artımına müsbət təsir göstərir"-Bu sözləri HP şirkətinin MDB ölkələri üzrə baş direktoru Rudi Kozaka deyib. 
Onun sözlərinə görə, MDB-nin digər ölkələri ilə müqayisədə Azərbaycanda mövcud olan sabit iqtisadi durum HP şirkətinə müsbət nəticələri əldə etməyə imkan verib. Belə ki, 2009-cu maliyyə ilin birinci kvartalının nəticələrinə əsasən HP şirkəti Azərbaycanda artıma nail olub.
O, qeyd edib ki, MDB-nin əksər ölkələrində bu cür artım müşahidə olunmayıb, çunki həmin ölkələrin iqtisadiyyatları Azərbaycan iqtisadiyyatından fərqli olaraq tarazlaşdırılmış deyil.
R.Kozak vurğulayıb ki, hal-hazırda dünyada mövcud olan iqtisadi durum informasiya texnologiyaları sahəsində məhsul, xidmət və həllərin tələbatına təsir göstərir. R.Kozaka görə əgər əvvəllər artım MDB-nin bütün ölkələrində müşahidə edilibsə, hal-hazırda “bəzilərində artım olacaq, bəzilərində isə yox”.
Azərbaycanda HP-nin məhsul və həllərinə olan tələbatın strukturunu təhlil edərək, R.Kozak bildirib ki, dövlət sektoru, banklar və telekommunikasiya şirkətləri server həllərinə böyük maraq göstərirlər. Bu cür mürəkkəb sistemlərə artan tələbat Azərbaycan iqtisadiyyatını müsbət tərəfdən xarakterizə edir.