21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Böyük Britaniyanın sənaye dövriyyəsi ölkəyə 100 milyard funt sterlinq (təxminən) gətirir. Bu barədə Google korporasiyasının sifarişi ilə Boston Consulting Group (BCG) məsləhətçi şirkəti tərəfindən aparılmış araşdırmanın nəticələrində bildirilir.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ekspertlər qeyd edirlər ki, əgər internet tam dəyərli iqtisadi sahə kimi sayılsaydı, Britaniya iqtisadiyyatı strukturunda miqyasına görə beşinci yerdə olardı. Hazırda artıq internet bazarında əldə olunan gəlirin İngiltərənin ÜDM-də payı 7,2 faiz təşkil edir ki, bu, tikinti və nəqliyyat sektorlarının, eləcə də xidmət sahəsinin müvafiq göstəricilərindən çoxdur. Və artıq bu gün bu sahəni ÜDM strukturunda 9 faizlik payı olan Britaniya iqtisadiyyatının maliyyə sektoru ilə müqayisə etmək olar. İnternet biznesinin ekspansiyasına əsas təkanverici qüvvə isə vətəndaşların şəbəkədə alış-veriş etmək istəyi olub. Onlayn-ticarət ildən ilə pərakəndə satış sahəsinin əsas hissəsinə çevrilir.
Ekspertlər hesab edir ki, sözügedən rəqəmlər artmaqda davam edəcək. Belə ki, proqnozlara əsasən internet-sənayenin illik orta artım tempi 10 faiz olacaq və 2015-ci ilə kimi artıq ölkə ÜDM-nin 10 faizi məhz bu sahənin payına düşəcək.