21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Son zamanlar bəzi  xəbər agentliklərində, fərdi saytlarda və sosial şəbəkələrdə Ramil Səfərovun 3 il öncə yaradılmış müdafiə saytı (www.ramilsafarov.org) ilə bağlı narahatlıq və narazılıq dolu xəbərlər hələ də yayılmaqdadır. Bu xəbərlərdə saytın 9 ay əvvəl ermənilər tərəfindən xaker hücumuna məruz qalsa da bununla bağlı heç bir tədbirin görülməməsi, saytın yaradıcısı və kollektivinin bu işə biganəliyi, hətta saytın domeninin ermənilərə razılaşdırılmış bir məbləğ qarşılığında verilməsi barədə məlumatlar yer alır. 
Məlumat üçün qeyd edək ki, bu ilin aprel ayından saytın www.ramilsafarov.org-domeni itirilmiş və domeni ələ keçirən şəxslər onu əxlaqsız porno-sayta yönləndirmişdilər. Bu, sayt kollektivinin deyil, saytın təhlükəsizliyi üçün cavabdeh olan hostinq şirkətinin məsuliyyətsizliyi üzündən baş vermişdir. Hadisəylə əlaqədar sayt kollektivi müəyyən tədbirlər görmüş, domenlərin qeydiyyatını təşkil edən ICANN təşkilatına və müvafiq təşkilatlara məktublar ünvanlamış, lakin domenin bərpası hələ ki mümkünsüz olduğundan saytın tərkibi yeni bir ünvana- www.ramilsafarov.info domeninə yönləndirilmişdir. Bundan başqa, www.ramilsafarov.com, www.ramilseferov.com, www.ramilsafarov.net, www.ramilseferov.net, www.ramilseferov.org domenləri vasitəsilə də saytımıza daxil olmaq mümkündür.
Bununla bağlı təcili olaraq saytımızın yeni ünvanında məlumat yerləşdirilməsinə baxmayaraq (http://ramilsafarov.info/index.php?dil=az&s=movqe&id=38 ) hələ də yalnış informasiyalar yayıldığından məsələyə yenidən qayıdıb sayt kollektivi olaraq professional olmasaq belə Ramil Səfərova hər zaman sadiq olduğumuzu, məsələ ilə bağlı əlimizdən gələn hər şeyi etdiyimizi
və saytımızın artıq bir neçə aydır ki, yeni ünvanda (www.ramilsafarov.info) fəaliyyət göstərməsini bildirmək istəyir, yalnış informasiyaların aradan qaldırılmasında bizə yardımçı
olmağınızı xahiş edirik.