21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Əvvəlcə ehtimal olunduğu kimi yalnız Hotmail servisinin müştərilərinə yönəldilmiş xaker hücumu daha genişmiqyaslı ola bilər. Belə ki, internetdə nəinki Hotmail, həmçinin Google, Yahoo, AOL və digər poçt xidmətlərinin 30 mindən çox istifadəçisinin və onların elektron poçtların parollarının siyahısı yerləşdirilib.
Məlumat üçün bildirək ki, Hotmail elektron məktub sisteminin minlərlə istifadəçisinin elektron ünvanları və parolları internetdə dərc edilib.
10 mindən çox istifadəçinin elektron məktub ünvanlarının detallarının açıqlanması onları haker hücumları üçün hədəfə çevirə bilər. Ünvanların əksər hissəsi Avropada yerləşir.Mikrosoft araşdırmaya başladığını bəyan edib.
"Biz agahıq ki, bəzi Windows Live Hotmail müştərilərinin detalları qanunsuz olaraq əldə edilib və internetdə dərc olunub. Biz dərhal lazımi təhlükəsizlik tədbirləri gördük və təhqiqata başladıq."-deyə Mikrosoftun nümayəndəsi bildirib
Lakin mütəxəssislər düşünür ki, açıqlanmış ünvan və parolların siyahısı daha çox ola bilər.Adamların 40 faizi eyni paroldan müxtəlif internet saytları üçün istifadə edirlər.
Poçt akkauntlarını sındırmış xakerlərin fişinq sxemindən (tanınmış şirkətlər, misal üçün bank, sosial şəbəkə, poçt xidmətləri adından istifadəçilərdən onların şəxsi məlumatlarının, yəni login və parolların alınması məqsədilə spam göndərişi) istifadə etdikləri ehtimal olunur. İT-təhlükəsizlik üzrə mütəxəssislər bədəməl istifadəçilərin hücumuna məruz qalmış resurslardakı parolların dəyişdirilməsinə dair tövsiyələrlə çıxış ediblər.