21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə Şura yaradılıb.Bu yaxınlarda həmin Şuranın ilk iclası keçirilib.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin elektron və veb məzmunun inkişafı şübəsinin rəhbəri Ayaz Abışovun xeberler.az-a verdiyi məlumata əsasən bu Şuranın yaradılmasında əsas məqsəd təhsil ocaqlarında zərərli informasiyaya çıxışı məhdudlaşdırmaqdır. Təhsil Nazirliyinin nəzdində Təhsilin İnformasiyalaşdırılması İdarəsi şuranın fəaliyyətini əlaqələndirəcəkdir.
Ayaz Abışov,həmçinin, İnternetdən istifadə məsələləri üzrə Şuranın tərkibini də açıqladı.Belə ki, Şuaraya valideyn, müəllim, mədəniyyətşünas, habelə Dövlət Proqramının reallaşdırılmasında Təhsil Nazirliyinin tərəfdaşları olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Milli Elmlər Akademiyasının İnformasiyasının Kibernetika İnstitutu, “Mədəd” humanitar təşkilatı, ULTRA şirkəti, Azedunet təşkilatı, Microsoft Azərbaycan şirkəti,Azərbaycan İnternet Forumu da daxildir.
Şuranın əsas fəaliyyət istiqamətləri təhsildə məzmunun filtrasiyası və tədris ocaqlarında təhsil alan məktəblilərin və tələbələrin zərərli informasiyaya çıxışını məhdudlaşdırmaq üzrə tövsiyyələr və praktik təkliflər hazırlamaqdır.
Şura həmçinin təhsil müəssisələrindən zərərli və qanuna zidd olan  internet resurslara blok qoyulması və faydalı resurslara girişin açılması ilə  bağlı daxil olan müraciətlərə baxaraq bununla  bağlı qərarlar qəbul edəcək. Qəbul edilmiş qərarların texniki icrası təhsil müsəssisələrində internet ilərini həyata keçirən AZEDUNET  təşkilatı tərəfindən həayat keçiriləcək.
Təhsil müəssisələrində İnternetdən istifadə məsələləri bu məqsədlə təyin olunan məsul şəxs tərəfindən istiqamətlənir. Məsul şəxsin səlahiyyətləri və vəzifə təlimatı Təhsil naziri tərəfindən təsdiq olunan xüsusi Əsanamə ilə təbzimlənir. 
  
Təhsil müəssisələrində internet trafikin çeşidlənməsi (filtrasiyası) prosesini təmin etmək üçün Şura Böyük Britaniyanın, ABŞ-ın, Rusiyanın, Estoniyanın təcrübəsindən geniş istifadə edəcəkdir. Məsələn, hazırlda ABŞ-də geniş tətbiq olunan veb-senz Filtrasiya şurası tərəfindən nəzərdən keçirilir. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.     
Qeyd edək ki, Azərbaycan Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə Şura “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-ı çərçivəsində yaradılmışdır.