21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Əlil insanların informasiya-telekommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə Gəncə şəhərində Regional İnformasiya Mərkəzi yaradılıb.
Heydər Əliyev Fondundan verilən məlumata görə, fondun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi layihə əsasında yaradılan mərkəz fiziki qüsurlu insanlar üçün nəzərdə tutulub. Mərkəzin xidmətindən Gəncə və Naftalan şəhərlərində, eləcə də Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarında yaşayan 60 mindən çox fiziki qüsuru olan insan istifadə edə biləcək.
Müasir texnologiyalarla təchiz olunan mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın əldə edilməsi kimi xidmətləri təmin edən kompüter mərkəzi yaradılır.
50 adda audiokitab fonduna malik kitabxananın səsyazma studiyasının köməyi ilə daha da zənginləşdirilməsi nəzərdə tutulur. Sürətli internetlə təmin olunan mərkəzdə 20 kompüterdən ibarət lokal şəbəkə yaradılacaq, görmə qabiliyyətini itirmiş insanlar üçün Brayl displeyləri, 2 sərbəst oxuyan maşın, eləcə də Brayl printeri quraşdırılacaq. Burada əlil arabası ilə gələnlərin maneəsiz hərəkəti üçün bütün şərait yaradılıb.
Regional İnformasiya Mərkəzinin internet saytı da yaradılır. Fiziki qüsurlu insanlar saytdan lazım olan informasiyanı əldə etməklə yanaşı, onun “tanışlıq” bölməsində bir-birləri ilə ünsiyyət də qura biləcəklər. APA