21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ABŞ-ın PBS (Ictimai) televiziya kanalına və bu kanalın prezidenti Paula Kergerə müraciət edib. Müraciətdə deyilir:
“Xanım Kerger, 2010-cu il Oktaybrın 24-də PBS kanalı Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi haqqında “Sülh və Müharibədə yaşayan insanların əhvəlatı” adlı ziddiyətli sənədli filmini yayımlayıb. Yayımlanmış bu sənədli filmdə Qarabağ bölgəsinin əhalisinin 80%-i təşkil edən azərbaycanlıların tarixi və mədəni irsi haqqında heç bir söz açılmamışdır.
Biz PBS televiziya kanalına tövsiyyə edərdik ki, Qarabağ bölgəsinin mədəniyyəti və tarixi haqqında Azərbaycan mövqeyini əks etdirən filmləri də yayımlasın. Belə filmlər geniş amerika auditoriyasına nəinki şərqdə ilk demokratik respublika olmuş  Azərbaycanı tanıdar, həm də bu ölkənin dünya mədəniyyətinə verdiyi böyük tövhəni və müstəsna rolunu da göstərmiş olar.
Biz Qarabağ Fondu olaraq hər zaman PBS televiziya kanalına Azərbaycan tarixi, incəsənəti və mədəni irsi haqqında həqiqətləri əks etdirən sənədli materialları təqdim etməyə hazırıq.”
Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri hökümət təşkilatıdır.