21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Toplantıda Milli Net Təşkilat Komitəsi tərəfindən görülən işlər haqqında məlumat verilib.
Təşkilat Komitəsinin üzvləri Amid Quliyev və Şaiq Muradov Müsabiqənin səsvermə Qaydaları haqqında Müsabiqə Komissiyası üzvləri üçün təqdimat nümayiş etdiriblər. Qeyd  olunduğu kimi Səsvermənin 2  mərhələdə keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə səsvermə prosesinin 10 noyabrdan başlanması  və Qeydiyyat prosesi bitən günədək – 20  noyabr tarixədək  davam etməsi nəzərdə tutulub. Yekun səsvermə prosesi 20 noyabr tarixdə  başlanacaq və 04  dekabradək  davam edəcək.
Təqdimatdan sonra TK üzvləri  və Munsiflər Müsabiqöənin gedişi və səsvermə qaydaları ilə bağlı fikir mübadiləsi ediblər.
Görüşdə artıq qeydiyyatdan keçən saytlara aidiyyatı olan münsiflərə bununla bağlı yekun qərara gəlməsi - Qaydalara uyğun olaraq ya bu saytların müsabiqədən çıxarılması ya da Müsabiqə Komissiyası üzvlüyündən imtina etməsi tövsiyə olunub.
Görüşdə Müsabiqə Komissiyası üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Görüşdə müsabiqəyə təqdim olunan bəzi resursların sonradan aktiv olmaması məsləsinə də toxunulub. Xüsusilə Azeribloq platforması üzərində qurulan bloqların artıq fəaliyyət göstərməməsi haqqında məlumat nəzərə alınıb.
Toplantıda Milli Net 2010-da qeydiyyat prosesində aktivliyin artırılmasının, reklam və məlumat-infromasiya yönümlü fəaliyyətin gücləndirilməzinin zəruriliyi də qeyd olunub.
Toplantıda bəzi Nominasiyalar üzrə hələlik az sayda resursların qeydiyyatdan keçməsi, rəqabətin yetərli olmaması və bu Nominasiya üzrə qalibin müəyyən edilməsi məsləsi ətrafında müzakirələr aparılıb.Yekun qərarın TK tərəfindən veriləcəyi nəzərdə tutulub.