21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bugün RİA Novosti agentliyində Azərbaycan İnternet Forumunun, Azad İstehlakçılar Birliyinin iştirakı liə mətbuat konfrası keçirilib. Mətbuat konfransında AİF-in prezidenti Osman Gündüz, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çıxış ediblər.
Tədbirdə Osman Gündüz İnternetdəki qiymət endirimindən sonrakı durumla bağlı AİF tərfindən aparılan monitorinqin nəticələrini jurnalistlərə təqdim edib.
Osman Gündün çıxışındaa endirimdən sonra müsbət istiqamətdə bir sıra irəliləyişlərin olduğunu bildirib. Genişzolaqlı internetə marağın xeyli artdığını qeyd edib.
Bununla belə o Monitorinqin nəticələrinə əsasən internetin keyfiyyətinin xeyli pisləşdiyini dəı qeyd edib. Provaydrelər tərəfindən təqdim edilən sürətlərin əslində reallıqdan xeyli şağı olduğunu bildirib. Bakı ətrafı və Sumqayıt şəhərində isə ümumiyyətlə İnternetin keyfiyyətinin xeyli pisləşdiyini bildirib.
Osman Gündüz əksər Provayderlər tərəfindən 64 və 128Kbit/s sürətlər üzrə xidmətlərin göstərilməsinin dayandırılımasını da düzgün addım hesab etmədi. O uzun meüddət Provayderlərin öz texxniki-texnoloji resurslarının gücləndirilməsi qayğısına qalmadığını bildirib.
Osman Gündüz çıxışında İnternetin mövcud durumunun qonşu ölkələrlə müqayisədə hələ də qənaətbəxş olmadığını söyləyib. O qeyd edib ki, qiymətlər endirilsə də hələ də qonşu ölkərdə İnternet bizdən 10 dəfə ucuzdur.
Osman Gündüz problemin əsas mahiyyətinin , bazarda sərbəst və azad rəqabətin olmamasını, RİTN -nin hədsiz səlahiyyətlərə malik olması ilə izah edib. O dünyada cəmi bir neçə ölkədə bu cür halın , yəni kommersiya , dövlət idarəetməsi və tənzimləmə səlahiyyətlərinin bir dövlət qurumunun əlində ollduğunu qeyd etdi
O, Azərbaycanda Müstəqil telekommunikasiya Şurasının yaranmasının çoxdan vaxtı çatdığını bildirib.
“Qonşu ölkələrdə telekommunikasiyanın tənzimləməsi ilə ayrıca qurum fəaliyyət göstərir. İcra hakimiyyəti bu məsələlərə qarışmır. Bazarda dövlət qurumlarının da olduğu vəziyyətdə RİTN qayda -qanun yartmaqla, lisenziya verməklə, tariflər müəyyən etməklə, bir sözlə tənzimləməklə normal qaydada, effektiv formada məşğul ola bilməz .Bunun üçün telekommunikasiya məsələlərini tənzimləyən Milli telekommunikasiya şurası yaradılmalı, telekommunikasiya sahəsində dövlət qurumlarının işini isə istiqamətləndirən ayrıca dövlət qurumu - Agentlik yaradılmalıdır” - O. Gündüz söyləyib.
O milli internet resurslarıın Azərbaycanda yerləşdirilməsi və ölkədə Data Mərkəzin qurulmasının da qiymətlərin enməsinə müsbət təsir göstərəcəyini bilidirb.
AİF prezidenti onu da qeyd etdi ki, yaxın 1-2 ay ərzində yenidən qiymət endirimi  istiqamətində addımlar  atılmalıdır. 
“Egər bu endirim olmasa biz yenə mübarizəni davam etdirəcəyik” – o deyib.
Eyyub Hüseynov isə qeyd etdi ki, Azərbaycanda istehlakçı siyasətinin olmaması, məmurların qanunları öz xeyrinə dəyişməsi azad rəqabətin olmamasına gətirib çıxarır. Məhsulun qiymətini məmurlar tənzimləyir, monopolist qüvvələr istehlakçıları boykot edir. Dünyada baş verən maliyə böhranına baxmayaraq, Azərbaycanda qiymətlər enmir\\- E.Hüseynov deyib.
Tədbirdə İnternetin sürəti, keyfiyyəti ilə bağlı jurnalistlərin sualları cavablandırılıb.