21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün “Azerfon” şirkətinin baş direktoru Gido Helbix mətbuat konfransı keçirib.
Tədbir Azərbaycanın üçüncü mobil rabitə operatoru “Azerfon” şirkətinə 3G texnologiyası üzərindən yeni xidmətlər təqdim etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq lisenziya verməsinə həsr edilib.
G.Helbix bildirib ki, yaxın günlərdə şirkət ilk 3G xidmətlərinin göstərilməsinə start verəcək: “Xidmətlər ilk bir neçə həftə ərzində test rejimində işləyəcək. Bu ilin sonundan isə Bakı, Abşeron və Naxçıvanda 3G xidmətlərindən istifadə etmək mümkün olacaq. Növbəti illərdə digər regionlarda da bu xidmətlər tətbiq ediləcək”.
Baş direktor qeyd edib ki, “Azerfon” şirkəti 3G texnologiyasının tətbiqi layihəsinin həyata keçirilməsinə 20 mln. dollara qədər investisiya qoyub: “Xidmətlərin tarifləri ümumi standartlarla yox, abunəçilərin gözləntilərinə uyğun müəyyənləşdiriləcək. Xidmətlərdən istifadə etmək üçün yeni SİM-kartların alınması tələb olunacaq”.
3G xidmətləri 2.1 Ghz diapazonunda olan tezliklərdə göstəriləcək. Xidmətlərin tətbiqinə başlandıqdan sonra istifadəçilər səs ötürülməsi ilə yanaşı, video görüntü, yüksək sürətli mobil internet və məlumat ötürülməsi, e-poçt, mobil televiziya və s. xidmətlərdən yararlana biləcəklər.
Xatırladaq ki, “Azerfon” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildən başlayıb. “Azerfon” şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir və 1,5 mln. abunəçiyə xidmət göstərir. Bu ildən etibarən “Azerfon” və “Vodafone PLC” şirkətinin qeyri-səhmdar tərəfdaşıdır.