21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Texnologiyanın insanlara verdiyi xeyir qədər zərəri də vardır. Aparılan araşdırmalara görə, texnologiya gənclər üçün pis örnək olur. Amerikada olan Cranford Məktəbinin idarəçiləri bir araya gələrək texnologiyanın gənc insanlar üzərindəki təsirlərini araşdırmışlar.
Nəticəyə əsasən, texnologiyadan çox istifadə edən gənclər saxtakarlığa daha çox meyilli olurlar və qavrama qabiliyyətləri zəif olur. Midlandda olan gəncləri müxtəlif suallarla yoxlayıblar. Cranford idarəçiləri suallarla gənclərin ev tapşırıqlarını internet üzərindən edib etmədiklərini, texnologiyanı gündəlik həyatlarında nə qədər istifadə etdiklərini və bunun kimi məlumatları öyrəniblər.
Araşdırmanı edən qrupdan olan Andres Kakabadse qeyd edib ki: “Araşdırmamızın məqsədi, gənclərin texnologiyadan nə qədər asılı olduqlarını və texnologiyanın gündən-günə gəncləri nə qədər pis vərdişlərə yönəltdiklərini göstərmək idi. Nəticələr isə söylədiklərimizi doğrultdu”.
Cranford-un etdiyi araşdırmanın nəticələrinə görə, 11-18 yaş arası uşaqların 60%-ı texnologiyadan, 50%-i isə cib telefonlarından asılıdır. 39.3%-ü ana dilləri olan ingiliscə dərslərində yazıda səhv edirlər.