İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Startup Azərbaycan Qafqaz Toplantısı keçirilib

16.04.2013 [17:28]

Fontu böyüt:      

Bu gün Qafqaz Universitetində Startup Azərbaycan layihəsi çərçivəsində universitet rəhbərliyi ilə görüş və universitetin İT sahəsi üzrə müəllim və tələbələri ilə birgə Toplantı keçirilib
Bu gün Qafqaz Universitetində Startup Azərbaycan layihəsi çərçivəsində Universitet rəhbərliyi ilə görüş və Universitetin İT sahəsi üzrə müəllim və tələbələri ilə birgə Toplantı keçirilib. 
Görüşdə Qafqaz Universitetinin rektoru Ahmet Sanıç Startup Azərbaycan komandasının üzvlərini qəbul edib. Tədbirdə Universitetin Texnopark müdiri İsa Qasımov və Kompüter Mühəndisliyi departamentinin rəhbəri Abzətddin Adamov, Startup Azərbaycan Təşkilat Komitəsinin üzvləri Osman Gündüz, Ülvi Aslanov və Ayaz Quliyev iştirak ediblər.
Görüşdə Startup Azərbaycan layihəsi haqqında məlumat verilib və gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdən dərhal sonra Universitetin tələbə və müəllimlərinin iştirakı ilə geniş Toplantı keçirilib. Təşkilat Komitəsini üzvü Osman Gündüz və Ülvi Aslanov Toplantı iştirakçılarına Startup Azərbaycan layihəsi haqqında geniş məlumat veriblər. Müsabiqədə iştirak qaydaları haqqında, layihələrin qiymətləndirilməsi, investorlarla münasibətlərin qurulması ilə bağlı məlumatlar verilib. Toplantı iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Sonra Toplantı iştirakçılarına konkret bir startup layihəsinin formalaşması, maliyyələşməsi və inkişafı ilə bağlı nümunə təqdim edilib. Multibon layihəsi ilə bağlı Orxan Əhmədov təqdimat edib. O təqdimatında adı çəkilən layihənin ərsəyə gəlməsi, investor tapılması, İnternet bazarındakı yeri və inkişaf perspektivləri ilə bağlı maraqlı məlumatlar təqdim edib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Startup Azərbaycan TK bildirir ki, aprelin 20-də Xəzər Universitetində və aprelin 27-də Sumqayıt şəhərində belə Toplantıların keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir. 
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.
Microsoft, İnfipro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az

Konfransın foto materialları:

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar