21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
HTC-dən 1.3 GHz prosessorlu Ağıllı Telefon
Ağıllı telefon bazarının lideri olan HTC, yeni bir ağıllı telefon layihəsi üzərində çalışır. HD 2-nin davamçısı olaraq görülən bu cihaza dair bütün detalları yalnız Xeberler.az saytında tapacaqsız.
Windows Phone 7-nin çıxışıyla gözlər bu bazardakı digər oyunçulara çevrilmişdi. Xüsusilə Tayvanlı istehsalçı HTC-nin sirr kimi saxladığı, son dərəcə güclü bir ağıllı telefon üzərində çalışdığı haqda söz-söhbətlər gəzirdi. Mövzu haqqındakı detallar naməlumluğunu qoruyarkən XDA Developersin ələ keçirdiyi bir Windows Phone 7 ROM-u mövzunun daha da alovlanmasına səbəb oldu.
Ortaya çıxan proqramda keçən HTC Mondrian ifadəsi, əslində mövzunu bütün çılpaqlığı ilə ortaya qoyur. Eyni zamanda telefon 100 MB ölçüsündəki fayl, Windows Phone 7 üçün nəşr olunmuş ən aktual ROM olma xüsusiyyətini də daşıyır. Bu faylın hər halından HTC-nin Mondrian kod adlı yeni ağıllı telefonunda istifadə ediləcək proqrama aid bir ROM olduğunu göstərir. Faylların detallarını araşdırdığımızda, ekran həll olma əmsalının 480 x 800 piksel (WVGA) olaraq təyin olunduğunu görürük. 4.3 düymlük bu ekranın istehsalçı qismində isə Optrex-in adı hallanır.