21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Windows Phones brendi altında təqdim olunan Windows Mobile 6.5 əməliyyat sistemli ilk smartfonlar 2009-cu ilin oktyabr ayının 6-dan satışa çıxarılacaq. Smartfonların əvvəlcə ABŞ bazarında təqdim olunacağı nəzərdə tutulur. Yeni əməliyyat sisteminin köməyi ilə Microsoft iPhone, Google Android və ya Blackberry kimi gənc rəqiblərlə mübarizə aparmaq niyyətindədir.
Yeni sistemlə Redmondun proqramçıları Windows Phones-in nəinki biznes üçün, həmçinin özünün əyləncə kontenti və çox formatlılığı ilə istehlakçı seqmenti üçün də yararlı olduğunu sübut etməyə çalışırlar. Lakin ekspertlərin fikrincə, yeni veb-brauzinq və elektron ünvan vasitələri, eləcədə Windows Marketplace onlayn-mağaza ilə işləmək imkanına baxmayaraq Windows Phones-in əvvəlki modellərlə oxşarlıqları çoxdur.
Əməliyyat sistemində Microsoft stilusdan imtina edərək, bunu, daha rahat barmaqla idarə olunma üsulu ilə əvəz edib. Bundan əlavə ƏS-nin interfeysi də dəyişdirilib və rahat idarə olunur. Daha zərif yerinə yetirilmiş 6.5 versiyalı brauzer əvvəlcədən Flash texnologiyası və təsvirə qismən baxma, eləcədə zum (yaxınlaşdırma/uzaqlaşdırma) imkanları ilə təmin olunur. Brauzerin mobil versiyasında Internet Explorer 7 proqram texnologiyasından istifadə olunub.Microsoft-da yeni əməliyyat sisteminin bazarda uğur qazanıb-qazanmayacağına dair hələ ki proqnoz verilmir. “Yeni əməliyyat sistemi ilə işləyən telefonlar həm iş, həm də istirahət üçün əlverişli olan universal qurğular kimi təqdim olunacaq”, - deyə Windows Mobile Unit-in baş meneceri Stefanii Ferqüson bildirib.Onun sözlərinə görə, artıq ilkin satış mərhələlərində Windows Phones üçün Facebook, MySpace və digər tanınmış şəbəkələrlə işləmək üçün əlavələr, eləcədə oyunlar təqdim olunacaq.