21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
20 dekabr, saat 15:00-da Azərbaycan Media Mərkəzində Gənc Bloqçular şəbəkəsi tərəfindən keçirilmiş II Sosial bloq yazıları müsabiqəsinin qalibləri elan olundu.
Tədbirdə Gənc Bloqçular Şəbəkəsi layihəsi və keçirilmiş müsabiqə haqqında qısa məlumat verildi, daha sonra münsiflərə söz verildi. Tədbirin sonuna yaxın isə qaliblərə elan olunaraq diplomlar və mükafatlar təqdim olundu.
Müsabiqənin qalibləri aşağıdakılardır:
I Yer Teymur Mərdəliyev – Azad insan- Bakı şəhəri
II Yer Aqşin Mahmudov – Hər kəsilən ağacın dili olsaydı – Bakı şəhəri
III Yer İlahə Hacıyeva – Çox gəzən çox bilər – Bakı şəhəri
Digər həvəsləndirici 5 yeri isə Bakı, Gəncə və Şəki şəhərlərindən müsabiqədə iştirak edən bloqçuların yazıları tutdu.
Müsabiqədə Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Xırdalan, Gəncə, Şəki, Mingəçevir şəhərlərindən olan bloqçuların ümumilikdə 111 yazısı iştirak edib. Yazılar arasında ən çox toxunulan mövzular ekologiya, nəqliyyat, azadlıq, təhsil, virtual dünya və sağlamlıq mövzuları olub.
Sonda isə Sosial bloq yazıları müsabiqəsi-3 elan edildi və yeni müsabiqədə bloqçulara özlərini sınamaq üçün imkan verildi.
“Gənc Bloqçular Şəbəkəsi” layihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkishaf Agentliyinin (USAID) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir və Gənc Bloqçular Koalisiyası tərəfindən icra olunur.