21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda əhaliyə fərdi kompüterlərin güzəştli şərtlərlə satışını nəzərdə tutan «Xalq kompüteri» layihəsinin icrasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Azərpoçt» Dövlət Müəssisəsinin şəbəkəsindən istifadə olunacaq. Nazirlikdən verilən məlmata görə, mövcud imkanların analizi göstərir ki, proqramın reallaşdırılması üçün daha çox uyğun gələn şəbəkə 1700-ə yaxın şöbəsi olan «Azərpoçt»un infrastrukturudur.
«Azərpoçt» infrastrukturunun istifadəsi rəqəmsal bərabərsizlik probleminin aradan qaldırılması ilə yanaşı regionlarda kompüterləşdirmə səviyyəsini və İT biliklərini artıracaq, eyni zamanda bütün respublikada İKT-nin yayılmasına səbəb olacaq. «Xalq kompüteri» layihəsinin əsas məqsədlərindən biri də fərdi kompüter istehsalı və satış infrastrukturu olmayan kiçik kənd və qəsəbələrdə, ucaq ərazilərdə yaşayan vətəndaşları kompüterlə təchiz etməkdir.
Layihənin təşəbbüskarı rolunda çıxış edən RİTN, «Microsoft» və «Intel» korporasiyaları marağı olan şirkətlərə regional səviyyədə kompüter avadanlığının təchizatı proqramında iştirakı təklif edəcək. 
Xatırladaq ki, «Microsoft» və «Intel» yerli kompüter avadanlığı istehsalçıları ilə qarşılıqlı əməkdaşlığının şərtlərini «Xalq kompüteri» proqramında detallaşdırıb.
Layihə çərçivəsində istehsal ediləcək avadanlığın spesifikasında göstərilib ki, bütün kompüterlərdə «Intel»in komponentləri və «Microsoft»un proqram təminatları (Windows XP və Vista, eləcədə Microsoft Ofis proqramları paketi) quraşdırılmalıdır. Kompüter istehsalçıları istehsal xəttini təşkil etməklə yanaşı sifariş olunmuş kompüterləri təyin edilmiş müddət ərzində «Azərpoçt»la göndərilməsini, təminat müqaviləsi əsasında və ondan sonrakı dövrdə lazımı xidmət və texniki dəstəklə təmin edilməsini öhdəsinə götürəcək.
Kompüter sifarişi «Azərpoçt» DM-nin bütün regional məntəqələrində qəbul olunacaq. Kompüterlərin qiymətləri rəqabətli və bütün regionlar üçün eyni olacaq. Alıcı əldə edəcəyi malın öncədən qiymətinin bir hissəsini ödəyəcək, qalan məbləğ isə - sifarişçiyə çatdırıldıqdn sonra. Sifarişin ödənişi elektron sistem vasitəsi ilə aparılacaq, malların çatdırılması EMS ekspress-çatdırma xidməti ilə həyata keçiriləcək. Hər sifariş fərdi EMS nömrəsi ilə nişanlanacaq ki, bu da onu «AzərEkspressPoçt» rabitə müəssisəsinin İnternet səhifəsi vasitəsi ilə bütün yol boyu hərəkət etməsini izləməyə imkan yaradacaq. Bununla bağlı «Azərpoçt» və «AzərEkspressPoçt» birlikdə www.azems.az veb-saytı hazırlayıb. Bu yaxınlarda həmin resurs vasitəsi ilə Azərbaycan daxilində poçt bağlamalarının hərəkətinin izlənməsi də mümkün olacaq.