21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib.
RİTN-in Tədris Mərkəzində təşkil olunan bu Treninqdə ULTRA şirkətinin Layihə rəhbəri Eleonora Nağıyeva “Elektron Məktəb” mövzusunda , BDU –nun dosenti Zeynal Məmmədli “İnformasiya mənbələrinin xüsusiyyətləri” mövzusunda jurnalistlər qarşısında çıxış ediblər. Onların təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə jurnalistlər üçün “İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu ”, “İnformasiya təhlükəsizliyi”, “İnternet Jurnalistika” və s. mövzularda məşğələlər təşkil olunacaq.
Məlumat  verildiyi kimi,  “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin  müsabiqəsi də  keçirilir. Hazırda Müsabiqə qaydalarına  uyğun olaraq materialların təqdim olunması  davam edir.  
Əsas  məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az