21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və İnformasiya Texnlogiyaları Nazirliyindən verilən məlumata görə, Pakistan paytaxtı İslamabad şəhərində İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Elm, Texnologiya və İnnovasiya Siyasəti Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə cari ilin 18-29 may tarixlərində “Sahibkarlıq və innovasiya” və 15-26 iyun tarixlərində “Tədbirlilik” mövzularında təlim kursları keçiriləcək.
Təlim kurslarının məqsədi İslam Konfransı Təşkilatına daxil dövlətlərin elm, texnologiya və innovasiya siyasətlərini daha səmərəli və effektiv şəkildə qurmağa imkan verən biliklərin tədris olunmasıdır.
Təlim kurslarında yerli dövlət qurumlarının, təşkilat və birliklərin, şirkətlərin İT sahəsində müvafiq iş təcrübəsi olan nümayəndələri iştirak edə bilərlər. Təlim kursları ingilis dilində aparılacaq. Kursla bağlı nəqliyyat xərcləri istisna olmaqla, bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcək.
Proqram barədə əlavə məlumat almaq və ya proqramda iştirak etmək istəyən şəxslər 25 fevral 2009-cu il tarixinə kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma və elmi potensial şöbəsinə müraciət edə bilərlər.