21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış kredit sazişi əsasında icra olunan Təhsil Sektorunun İnkişafı Layihəsinin son auditi aparılıb.
15 oktyabr 2009-cu il tarixi vəziyyətinə həyata keçirilib. Audit beynəlxalq audit şirkəti olan “Baker Tilly Azerbaijan” MMC tərəfindən aparılıb.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, auditorlar layihənin maliyyə göstəricilərinin, Dünya Bankının Azərbaycan Beynəlxalq Bankında olan xüsusi valyuta hesabındakı vəsaitlərinin hərəkətinin və layihə çərçivəsində imzalanmış müqavilələrin satınalma prosedurlarının auditini həyata keçiriblər.
“Baker Tilly Azerbaijan” MMC Təhsil Sektorunun İnkişafı Layihəsinin 15 oktyabr 2009-cu il tarixinə və həmin tarixdə tamamlanan Layihənin yekun Xüsusi Məqsədli Maliyyə Hesabatlarına dair bu məzmunda auditor rəyi verib: “Bizim rəyimizcə, Layihənin Xüsusi Məqsədli Maliyyə Hesabatları, bütün əhəmiyyətli aspektlər baxımından Layihənin 15 oktyabr 2009-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə vəsaitlərin mənbələrini və istifadəsini Dünya Bankının Təlimatlarına uyğun olaraq düzgün əks etdirir.”
Xatırladaq ki, “Baker Tilly Azerbaijan” MMC ilə Təhsil Nazirliyi arasında müqavilə Dünya Bankının texniki tapşırığı əsasında bağlanıb.