21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Konstruktor bürolarının enerjiyığıcılar uğrunda apardıqları mübarizə, deyəsən, bəhrəsini verir. İldən ilə akkumulyatorlar daha həcmli olurlar. Onların enerji yığma prosesi daha az vaxt aparır. Ola bilsin ki, ABŞ mütəxəssislərinin icad etdikləri yenilik bu yaxınlarda öz bəhrəsini verəcək. Hamıya məlumdur ki, elektromobil ekoloji cəhətdən sərfəli nəqliyyat növüdür. Lakin əsrlik tarixinə baxmayarq, elektromobil adi avtomobildən texniki parametrlərinə görə xeyli fərqlənir. Elektromobilin əsas problemi–batareyadır. Batareyanın enerji yığma prosesi həddindən artıq çox vaxt aparır.
ABŞ alimləri bir neçə saniyəyə enerji yığan batareya icad ediblər. Bu yenilik elektromobilləri popilyar edəcək və nəticədə milyonlarla insan ətraf mühiti qoruyan avtolardan istifadə edə biləcək. Alimlər Nature jurnalına verdikləri müsahibədə bildiriblər ki, cihazın əsasını LiFePO4 materialı təşkil edir. Materialın əsasına qoyulmuş nanoölçülü qranullar litium fosfatı əsaslı şüşəyəbənzər layla öryülüblər. Bu texnologiya litium ionlarının kristal quruluşuna keçmə prosesini asanlaşdırır. Nəticədə enerji toplama prosesi xeyli az vaxt aparır. Ənənəvi akkumulyatorlarda ionların elektrodlar arasında gediş-gəlişi çox ləng olur. Akkumulyator xeyli enerji toplayandan sonra enerjinin hamısını bir anda itirə bilər.