21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda ilin əvvəlindən mobil kompüterlərə olan tələbat 20 faizə kimi yüksəlib. Azərbaycanın Ultra İT-şirkətinin biznesin inkişafı və inteqrasiya üzrə direktoru Məhəmməd Zülfüqarlının sözlərinə görə, informasiya texnologiyalarının inkişafı sayəsində ölkə əhalisinin kompüter texnikasına və internetə marağı artıb.
“Bu il biz kompüter texnikası bazarının intensiv inkişafını müşahidə edirik. Həmçinin mobil kompüterlərə, o cümlədən də noutbuk və netbuklara olan istehlakçı marağının artması müşahidə olunub”, - M. Zülfüqarlı bildirib.
Onun sözlərinə görə, əgər əvvəl stasionar kompüter və noutbukların bazarda paylarının nisbəti müvafiq olaraq 70 – 30 faiz təşkil edirdisə, indi mobil kompüterlərin bazardakı payı 50 faizədək artıb. Ultra nümayəndəsi hesab edir ki, gələcəkdə stasionar kompüter bazarı 10-15 faizədək azalacaq ki, bu cür kompüterlərlə yalnız peşəkar istifadəçilər yararlanacaq.