21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Cari ilin üçüncü rübündə planşet kompüterlərin dünya üzrə satış həcmi ötən rüblə müqayisədə 7 faiz artaraq 47,6 milyona çatıb.
Nəticə tədqiqat şirkəti nümayəndələrinin proqnozlarından bir qədər aşağı olub. 2012-ci ilin üçüncü rübünə nisbətdə göstərici 36,7 faiz artıb.
“IDC”-nin məlumatına görə, bazarda aparıcı mövqeyi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular tutub.
ABŞ-ın “Apple” şirkəti dünyanın nəhəng planşet istehsalçıları arasında lider olaraq qalır. Lakin şirkətin nə ikinci, nə də üçüncü rübdə bazara yeni qurğu çıxarmaması səbəbindən “iPad” modelinin tədarükündə ötən illə müqayisədə cüzi artım qeydə alınıb.
Bununla yanaşı, ABŞ istehsalçısının bazar payı 29,6 faizlik tarixi minimuma enib. 2012-ci ilin sonunda “Apple” yeni qurğuların təqdimatının dördüncü rübə keçirilməsi ilə bağlı qərar qəbul edib. Bu səbəbdən “IDC” ekspertləri ilin sonunda yeni “iPad Air” planşetinin və "iPad mini” modelinin yenilənmiş versiyasının buraxılmasından sonra şirkətin satışının artım tempinin sürətlə artacağını gözləyirlər. Reytinqdə ikinci yeri Cənubi Koreyanın “Samsung”, üçüncünü “Nexus 7” planşet istehsalçısı “Asus” şirkətləri tutub. (ictnews.az)