21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Mətbuat Şurası (MŞ) noyabrın 15-dən jurnalistlər üçün təlim kurslarına başlayacaq. Bu barədə MŞ-dən xeberler.az-a daxil olan məlumatda bildirilib. Şuranın Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Jurnalist peşəkarlığının artırılması: tədris proqramının hazırlanması və kursların təşkili» layihəsi çərçivəsində baş tutacaq tədbir MŞ-nin tərtib etdiyi tədris planı əsasında keçiriləcək.
Təlimlər medianın müxtəlif sahələrini əhatə etməklə özündə ümumilikdə 12 mövzunu birləşdirəcək. İştirakçılara KİV-hakimiyyət münasibətləri, KİV-in iqtisadi tənzimlənməsi, menecment və marketinq, diffamasiya, internet media, KİV və ekstremal şərait, KİV-də əqli mülkiyyət məsələləri, KİV-ə dövlət yardımı və s. məsələlərlə bağlı məruzələr oxunacaq, praktik situasiyalar ətrafında fikir mübadilələri aparılacaq. Kurslar tanınmış media ekspertləri, müxtəlif sahələrin mütəxəssisləri tərəfindən keçiriləcək.
Kurslar ayrı-ayrı qruplarda noyabrın 15-dən dekabrın 25-dək hər həftənin ilk iki günü olmaqla keçiriləcək. Müdavimlərə Şuranın müvafiq sertifikatları təqdim olunacaq.