21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,2010-cu ildə ABŞ-ın ən iri elektron fond birjası NASDAQ şirkətinin kompüter sistemi dəfələrlə hakerlərin hücumuna məruz qalıb.
2011-ci ilin fevral ayının 5-də hakerlər növbəti dəfə bu şirkətin kompüter şəbəkəsinə hücum ediblər. Qeyd edək ki, şirkətin nümayəndələri bildirirlər ki, hakerləri Directors Desk sistemi maraqlandırıb. Həmin sistem birjada səhm alveri edən şirkətlər və rəhbərlik arasında məxfi məlumatların mübadiləsini təmin edir. Directors Desk servisinin istifadəçilərinin sayı 10 000-dən çoxdur. Sistemdə 300-dən çox şirkət haqqında məlumat var.
Xatırladaq ki, NASDAQ bazar kapitalizasiyasının həcminə görə dünyanın ikinci iri elektron fond birjasıdır. 2010-cu ilin noyabr ayının məlumatına əsasən birjanın ümumi satış həcmi 954 milyard dollar təşkil edib.