İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Deputatlığa iddia edən Azər Həsrət reklam qiymətlərini açıqladı

22.09.2010 [16:01]

Fontu böyüt:      

Bu il noyabrın 7-də keçirilməsi nəzərdə tutulan Milli Məclis seçkilərində istifadə ediləcək texnologiyalar sırasına çağdaş informasiya-kommunikasiya texnologiyaları da daxildir. Əlbəttə ki, bütün namizədlərin bu texnologiyalardan gen-bol istifadə edəcəyini iddia etmək olmaz.

Bu il noyabrın 7-də keçirilməsi nəzərdə tutulan Milli Məclis seçkilərində istifadə ediləcək texnologiyalar sırasına çağdaş informasiya-kommunikasiya texnologiyaları da daxildir. Əlbəttə ki, bütün namizədlərin bu texnologiyalardan gen-bol istifadə edəcəyini iddia etmək olmaz. Ancaq o da bəllidir ki, deputatlığa iddialı şəxslər arasında İnternet və kompüterin imkanlarından xüsusi bacarıqla istifadə edən bir neçə nəfər var ki, onlardan ən seçiləni 34 saylı Xətai II seçki dairəsindən namizədliyi irəli sürülmüş Azər Həsrətdir.

O, hələ 11 il bundan öncə şəxsən qurduğu www.azerhasret.com və iki il öncə istifadəyə verdiyi www.yalquzaq.com İnternet saytları, həmçinin əlaqə üçün [email protected] e-poçt, Azer Hasret Facebook, Azer Hasret Skype, [email protected] MSN, azerhasret Twitter, hasret2013 Yahoo!, hasret2013 Gmail ünvanları, groups.google.com/group/yalquzaq xəbər qrupu ilə bu texnologiyalardan ən yüksək səviyyədə istifadə etdiyini göstərməkdədir. Qeyd etmək lazımdır ki, 34 saylı Xətai II seçki dairəsinin iddialı namizədi bu texnologiyaların imkanlarından var gücü ilə istifadə edir. Namizədin seçki qərargahı seçki prosesi ilə bağlı gündəlik xəbərlər yayır, yeni-yeni əlaqələr qurur.

Əlbəttə ki, İKT-dən uğurlu istifadənin əsas səbəbi Azər Həsrətin özünün şəxsən bu texnologiyalardan yüksək səviyyədə baş çıxarmasıdır. Elə buna görə də bugünlərdə bir sıra onlayn resursların namizədlərin reklamı üçün etdiyi təklifləri dəyərləndirən Azər Həsrət özünün bu cür resurslarda reklamının yerləşdirilməsi üçün qarşılıqlı olaraq şərtlərini açıqlamağı zəruri hesab edir.

Azər Həsrətin seçki qərargahından verilən bilgiyə görə, 34 saylı Xətai II seçki dairəsinin namizədi reklam üçün seçəcəyi onlayn resursların aşağıdakı şərtlərə uyğun olmasına diqqət yetirəcək:
Reklam yerləşdirəcək resurs 34 saylı Xətai II seçki dairəsinin ərazisində gündə ən azı min ayrı şəxs tərəfindən mütəmadi ziyarət edilməlidir;
Həmin resursların özlərinin dairə ərazisində öncədən tanıdılması istiqamətində apardığı işlər haqqında təsdiqlənmiş bilgi olmalıdır;
Dairə ərazisində yaşayan seçicilərin həmin resurslara münasibətini əks etdirən sosioloji araşdırmalar ümumaçıq şəkildə təqdim edilməlidir;
Resursların təklif etdiyi qiymətlər dünyada qəbul edilən standartlardan bir neçə dəfə aşağı olmalıdır.

Bu tələblər ödənəcəyi təqdirdə İnternet resurslarında özünü təbliğ etməyə razı olacağını bildirən Azər Həsrət konkret rəqəmlərlə qiymətləri də açıqlayıb:

Bir günlük reklam üçün – 10 manat;
Bir həftəlik reklam üçün – 60 manat;
Bütün təşviqat müddətində reklam üçün – 150 manat.

Onu da qeyd edək ki, bu rəqəmlər resursun ana səhifəsində, diqqəti dərhal cəlb edən yerdə yerləşdirilən reklamlar üçün nəzərdə tutulub. İkinci tıqlamadan sonra açılacaq səhifələrdə yayımlanacaq reklamlar isə müvafiq şəkildə iki dəfə ucuz olmalıdır.

34 saylı Xətai II seçki dairəsindən namizədliyi irəli sürülmüş Azər Həsrət özünün reklam siyasəti ilə bağlı bildirib ki, yuxarıdakı şərtlərə cavab verən resurslar indidən ona müraciət edə bilərlər.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar