21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün “Azad Azərbaycan” Teleradio Yayım Şirkətində (ATV) verilişlərin səviyyəsi və formatı ilə bağlı toplantı keçirilib. Bu barədə APA-ya ATV-dən bildirilib. Məlumata görə, toplantıda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin telekanallarla bağlı səsləndirdiyi tənqidi tezislərə uyğun olaraq, nöqsanlar müzakirə edilib, müvafiq qərarlar qəbul olunub. Dəyişikliklərə əsasən “Performans”, “Tam sərbəst-solo” verilişlərinin yayımı və SMS onlayn xidməti dayandırılıb, “Onlar” proqramının məzmunu dəyişdirilib. Məlumata görə, bundan sonra “Onlar” verilişi mədəniyyət proqramı kimi fəaliyyət göstərəcək. Bundan başqa, ana-uşaq problemləri ilə bağlı, valideyn maarifçiliyinə yönəlmiş “Körpəm” proqramı yayıma hazırlanıb. Qeyd olunub ki, milli-mədəni məsəlləri araşdıracaq “İrsimiz” layihəsi əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun aparıcılığı ilə efirə çıxacaq. Azərbaycanın tarixi ilə bağlı etnoqrafik layihə olan “Sirli Azərbaycan”, həmçinin hərbi vətənpərvərlik layihəsi olan “Ordum var”, muğam sənətinin təqdim edəcək “Muğam ocağı” da ATV-də yayımlanacaq yeni layihələrdən olacaq.
Məlumata görə, tezliklə ATV istehsalı olan sənədli, elmi-kütləvi filmlər, “El çələngi” folklor layihəsi və bir neçə mədəni, ədəbi və ictimai məzmunlu tok-şoular yayımlanacaq. Həmçinin toplantıda qərara alınıb ki, cəmiyyətdə tanınmış ziyalılardan ibarət Bədi Şura yaradılsın və bu şura veriliş və layihələr reallaşdırılarkən öz məsləhətlərini versin. Bütün bu dəyişikliklərlə bağlı Milli Televiziya və Radio Şurası artıq məlumatlandırılıb.
Qeyd edək ki, Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev rəsmi dövlət qəzeti olan “Azərbaycan”da ölkədə fəaliyyət göstərən telekanalların fəaliyyətini tənqid edən məqalə ilə çıxış edib. “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqalədə qeyd olunub ki, Azərbaycanın efir məkanında cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən verilişlərin sayı artır.