21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, PLAN (Personal Localized Alerting Network) adlanan bu servis tam pulsuzdur və işə salınması üçün istifadəçidən heç bir hərəkət tələb etmir. PLAN insanların yaşadıqları ərazilərdə mümkün ola biləcək təbii fəlakətlər haqqında onları qabaqcadan məlumatlandırmaq imkanı verir. Belə vəziyyətdə vətəndaşların təbii kataklizmlərdən xilas olmaları üçün hər hansı bir tədbir görməyə vaxtları olur. ABŞ-ın üç ən iri mobil rabitə operatorları “Verizon Wireless”, “AT&T” və “Sprint” şirkətləri ilə sistemin təşkil olunmasına dair müqavilə imzalanıb. Bir qədər sonra layihəyə “T-Mobile” şirkətinin də qoşulacağı gözlənilir. 
PLAN servisinin ilin sonuna kimi ABŞ-ın ən sıx əhalili şəhəri olan Nyu-Yorkda sınaqdan keçirilməsi nəzərdə tutulur. Bütün ölkə miqyasında isə sistemin 2012-ci ilin yanvar ayının 1-dən mart ayının 31-dək tətbiqi planlaşdırılır. PLAN çərçivəsində ismarıclar üç növdə göndəriləcək. Bura fövqəladə hal və ya hadisə haqqında informasiya, ABŞ Prezidenti Xidmətindən bildiriş, eləcə də itən və ya oğurlanan insanların axtarılması üçün işlənib hazırlanmış “Amber Alert” sistemindən məlumat daxildir. Hər bir abunəçi öz mobil telefonunda ABŞ Prezidenti adından göndərilən bildirişlərdən başqa, digərlərindən imtina edə bilər. 
Qeyd edək ki, PLAN servisi televiziya və radio vasitəsilə işləyən artıq mövcud bildiriş sistemlərinin davamı kimi ərsəyə gətirilib. Əvvəlkilərdən fərqli olaraq, PLAN daha səyyardır və abunəçi olduğu yerdən asılı olmayaraq lazımi məlumatı alacaq.