21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gündən, yəni 01 Aprel,  2010-cu il tarixindən etibarən Azerfon-Vodafone  abunəçiləri şəbəkələrarası MMS xidmətindən istifadə edərək digər mobil rabitə operatorunun abunəçilərinə  MMS göndərə biləcəklər. 
AZERFON MMC və AZERCELL TELECOM MMC tərəfindən imzalanan müqaviləyə  əsasən hər iki mobil operatorun abunəçiləri öz aralarında MMS göndərmək imkanından yararlana biləcəklər.
Digər şəbəkəyə MMS–in göndərilməsi xidməti MMS xidməti aktivləşdirilmiş bütün Azerfon-Vodafone abunəçiləri üçün mümkündür. Digər şəbəkəyə göndərilən bir MMS-in qiyməti 0.15 AZN təşkil edəcək.
Abunəçilərin ünsiyyətini daha da rahat və rəngarəng etmək üçün Azerfon-Vodafone yerli və xarici operatorlarla MMS müqavilələrin sayını artıracaqdır.
Xidmət haqqında əlavə məlumat almaq üçün 077 200 11 77 nömrəsinə zəng etmək və ya www.azerfone-vodafone.com internet səhifəsinə müraciət etmək kifayətdir.
Məlumat üçün bildirək ki, hazırda Azerfon şəbəkəsindən 1 600 000-dən çox abunəçi istifadə edir. 2009-cu ildə Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanmışdır. 02.12.2009 tarixində Azerfon MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya almışdır. Azərbaycanın ən innovativ və sürətlə inkişaf edən mobil operatoru ölkədə ilk dəfə olaraq 3G xidmətinin tətbiqinə başlamış, və yeni Azerfon-Vodafone brendini təqdim etmişdir.