21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
\\2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Portalının yaradılması üzrə işlərin birinci mərhələsi başa çatıb. Bu haqda Təhsil Portalının yaradılması üzrə işləri aparan “ULTRA” şirkətinin prezidenti Tahir Mirkişili məlumat verib. 
Onun sözlərinə görə, Təhsil Portalının hazır funksionalları testləşdirilmək üçün artıq Təhsil Nazirliyinə təqdim olunub. Hal-hazırda portalın servisləri testdən keçirilir. 
T.Mirkişili qeyd edib ki, Təhsil Portalının funksionallarından dörd istifadəçi qrupu yararlana bilər: “müəllimlər”, “şagirdlər”, “tələbələr” və “valideynlər”. Hər bir istifadəçi qrupu üçün xüsusi interfeys və funksionallar nəzərdə tutulub. Bu onlara rahat və operativ olaraq məhz konkret qrup üçün nəzərdə tutulmuş məlumatlardan və servislərdən istifadə etməyə imkan yaradacaqdır. Təhsil Portalında həmçinin müxtəlif elektron tədris resursları yerləşdiriləcəkdir. Bu tədris resursları həm mərkəzləşdirilmiş formada Təhsil Nazirliyi tərəfindən, həm də müəllimlər və metodistlər tərəfindən portalda yerləşdiriləcəkdir.
T.Mirkişili qeyd edib ki, “ULTRA” şirkətinin və şirkətin Avopalı partnyorlarının İT-qrupu tərəfindən dünyanın qabaqcıl texnoloji həlləri əsasında yaradılan Təhsil Portalı öz funksionallığına görə dunyanın analoji aparıcı elektron təhsil platformalarına tam uyğundur. Bütün işlər tam başa çatdıqdan sonra Azərbaycanın təhsil sisteminin ayrılmaz hissəsinə çevriləcək Təhsil Portalı milli təhsil konsepsiyasının reallaşdırılması istiqamətində mühüm alət olacaqdır.