21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Cari il Qlobal Şəbəkə tarixində spamların, yəni zərərli arzuolunmaz reklam və casus proqramların sayı üzrə rekord vuracaq. 
Belə ki, 2010-cu ildə elektron poçtla göndərilmiş 10 məktubun təxminən 9-u arzuolunmaz reklam xarakterli olub. Bu barədə aparıcı antivirus proqram istehsalçısı "Symantec" şirkətinin hesabatında qeyd olunur. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin bu istiqamətdə gördüyü işlərə baxmayaraq, il ərzində bu cür məktubların sayı 1,4 faiz artıb. Cari ildə göndərilmiş məktubların 95 milyarddan çoxu spamın fişinq (istifadəçilərin məxfi məlumatlarına qeyri-qanuni çıxış əldə etmək məqsədini daşıyan internet-dələduzluğun bir növü) kimi təsnif edilən ən təhlükəli növü kimi dəyərləndirilib. Yəni məktublar casus proqramları ilə birgə göndərilir ki, həmin zərərli kodlar istifadəçilərin qeydiyyat yazıları və parolları haqqında informasiyalar toplayır. "Symantec" mütəxəssisləri xakerlərin mühafizə sistemlərinin tərtibatçılarından bir addım öndə olduqlarını etiraf ediblər. 
Bundan əlavə Facebook, Myspace, Twitter və digər tanınmış sosial şəbəkələr çərçivəsində müxtəlif ünvanlara spam-göndərişləri də geniş yayılmaqdadır.