21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Artıq Azərbaycan Beynəlxalq Bankı (ABB) kredit əməliyyatlarının aparılması və digər bank işlərinin sadələşdirilməsi məqsədilə elektron arayışların tətbiqinə başlayıb.
Xeberler.az-ın məlumatına görə, bu barədə trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
Belə ki, Məlumat Hesablama Mərkəzi və Azərbaycan Beynəlxalq Bankının birgə fəaliyyəti nəticəsində vətəndaşlarımız www. e-gov.az portalı üzərindən elektron arayışları formalaşdıraraq banka göndərə biləcəklər. Bununla bərabər bankın müştəriləri bankda quraşdırılmış xüsusi terminallar vasitəsilə də özləri portala giriş edərək, elektron arayış əldə edə biləcəklər. Hal-hazırda bu xidmət bankın Mərkəzi, Sabayıl, Premyer və Yasamal filiallarında istifadəya verilib. Qeyd edək ki, elektron arayışların verilməsində bu tip terminallardan istifadə ilk olaraq Azərbaycan Beynəlxalq Bank tərəfindən tətbiq edilib.
Elektron arayış vətəndaş tərəfindən "Elektron hökumət” portalı vasitəsilə formalaşdırılan elektron sənəddir. Elektron arayış aşağıdakı üstünlüklərə malikdir: elektron arayışı sutkanın istənilən vaxtı əldə etmək mümükündür; vaxta qənaət. Operativlik. Arayışı əldə etmək üçün bir neçə təşkilata baş vurmağa ehtiyac qalmır. Arayış Portal vasitəsilə asanlıqla formalaşdırılır və lazımi ünvana elektron şəkildə göndərilir. Məlumatların dəqiqliyi. Arayış dövlət informasiya ehtiyatlarının məlumatları əsasında formalaşır.
Hazırda, portalın operatoru növbəti mərhələ kimi elektron arayışlardan istifadə sahələrinin genişləndirilməsi və müxtəlif sahələr üzrə elektron arayışların verilməsi üçün işləri davam etdirir.