21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Wikipedia” onlayn-ensiklopediyanın ingilisdilli versiyası (en.wikipedia.org) “ReadWriteWeb” nəşriyyatı tərəfindən tərtib olunmuş dünyanın ən nüfuzlu saytları reytinqində ikinci ildir ki birinci yerdədir.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiya Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, reytinq saytları onların bloq və sosial medialarda adlarının çəkilməsi üzrə siyahıya alan “URLFAN” servisinin təqdim etdiyi məlumatlar əsasında hazırlanır. Servis “ReadWriteWeb” tərəfindən işlənib hazırlanıb.
Cədvəlin ikinci pilləsində “YouTube” video-servisi, üçüncü pilləsində isə “Flickr foto-hostinq” servisi yer alıb. Reytinq cədvəlində ilk dəfədən siyahının yeddinci yerinə yüksələ bilən “Facebook” sosial şəbəkəsi də təqdim olunub.
İl ərzində ən böyük yüksəliş “Twitter” mikrobloqqinq servisinə məxsusdur. Servis 9-cu mövqedən 4-cü yerədək yüksələ bilib.
Siyahıda ilk 10 yer isə bu cür bölünüb:
1. en.wikipedia.org 
2. youtube.com 
3. flickr.com 
4. twitter.com 
5. google.com 
6. myspace.com 
7. facebook.com 
8. imdb.com 
9. nytimes.com 
10. apple.com