21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi avqustun 4-də təxminən saat 15- 18:45 radələrində Reportyor İnformasiya Agentliyinin internet səhifəsinə Azərbaycandan (Ria.Az) giriş qadağan edilmiş, saytın e-maili ([email protected]) bağlanmışdı.Bu haqda məlumatı saytın təsisçisi, Zülfüqar Xeyirxəbər yaydığı bəyanatda qeyd etmişdi.
Bu gün,xeberler.az olaraq həmin problemlə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Delta Telekomla əlaqə saxladıq.Delta Telekomun texniki direktoru Rahid Ələkbərli qurumun ria.az saytında yaranmış problemə görə məsuliyyət daşımadığını bildirdi: “Biz , məhkəmənin qərarı olmadan hansısa sayta blok qoymaq səlahiyyətinə sahib deyilik. Bu cür qərar olduqda RİTN vasitəsilə bizə daxil olur. Deyilən saytla bağlı  bizə belə bir sənəd daxil olmayıb. Ona görə də bu məsələdə Delta Telekomu nədəsə iddiham etmək yersizdir”
Rahid Ələkbərli həmçinin bildirdi ki, məsələ ilə əlaqədar onlar saytın təsisçisi ilə də əlaqə saxlayıblar: "Onların serverləri xaricdə yerləşdiyindən bizə məlumat verdilər ki, güya Azərbaycandan sayta girişə məhdudiyyət qoyulması haqda həmin serverin yerləşdiyi yerdən məktub alıblar.Biz həmin məktubla tanış olmaq istəsək də, bu istəyimiz yerinə yetirilmədi."
Ria.az saytının təsisçisi Zülfüqar Xeyirxəbərlə də əlaqə saxladıq.Təsisçi problemin artıq həll olunduğunu və yaranmış vəziyyətlə bağlı günahkar qismində konkret ad çəkmək istəmədiyini bildirdi.