21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
2010-cu ildə Avropa Birliyi ölkələrində internet istifadəçilərinin təxminən üçdə bir hissəsi virus hücumuna məruz qalıb.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Eurostat Avropa statistika agentliyinin hesabatında qeyd olunur.
Virus hücumları hallarının əksər hissəsi Bolqarıstanda qeydə alınıb. Buradakı kompüterlərin 58 faizi virus hücumlarının qurbanı olub. Müvafiq siyahının ikinci pilləsində Malta (50%), üçüncü pilləsində isə Slovakiya yer alıb (47%). Virus hücumları səviyyəsi Macarıstan (46%) və İtaliyada (45%) da yüksəkdir. Ən kiçik həmlə səviyyəsi isə Avstriya (14%), İrlandiya (15%), Finlandiya (20%) və Almaniyada (22%) qeydə alınıb. Bu zaman zərərçəkmişlərin təqribən 3 faizi kiberdələduzluğun qurbanı olduğunu və pul itirdiklərini bildiriblər.
Sorğuda iştirak edənlərin 84 faizi kompüterlərində mühafizə sistemlərinin olduğunu söyləyiblər. Mühafizə olunan kompüterlərin əksər hissəsi Niderlandın payına düşür. Niderlandda kompüterin təqribən 96 faizində antivirus proqramları istifadə edilir. Bu siyahıda isə Niderlanddan sonra Lüksemburq, Malta və Finlandiya yer alıb. Həmin ölkələrdə 91 faiz kompüterlər xüsusi proqramlarla mühafizə olunur.
“Eurostat”ın hesabatında qeyd olunur ki, Avropa Birliyi ölkələrində evlərin yalnız 14 faizində uşaqların Şəbəkədəki hərəkətləri nəzarət olunur. İnternetdə uşaqların təhlükəsizliyinə əsasən Lüksemburq və Sloveniyada diqqət yetirilir. Bu ölkələrdə kompüterlərin 25 faizində uşaqların Şəbəkədəki təhlükəsizliyinə dair xüsusi proqramlar istifadə olunur.