21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”-Nuşirəvan Məhərrəmli MTRŞ-nın bunun üçün lazım olan hər şeyi edəcəyini deyib.
  “Milli Televiziya və Radio Şurası Azərbaycanın efir məkanında Azərbaycan dilinin tam istifadə olunması üçün bütün lazım olan işləri görəcək”. 
APA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, şuranın bu gün keçiriləcək iclasında telekanallarda Azərbaycan dilinin işlənməsinə dair qəti qərar veriləcək: “Bu il yanvarın 8-də verdiyimiz qərara əsasən, Azərbaycanın televiziya məkanında bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır. Bu qərar türk filmləri də daxil olmaqla bütün filmlərə və verilişlərə aid olmalıdır. Siz heç türk televiziyalarında Azərbaycan dilində yayımlanan film görmüsünüz?”
Şura sədrinin sözlərinə görə, qəbul ediləcək qərarda bəzi istisnalar da olacaq: “İndi də o fikirdəyik ki, istisnalar olmalıdır. Yəni maarifləndirici xarakterli verilişlər, xəbərlər buraxılışları, xüsusi ictimai-siyasi əhəmiyyət kəsb edən verilişlərin yayımında əcnəbi dillərə icazə veriləcək. Amma xarici dildə yayımlanan xəbərlərin özünün də titrlə yayımlanmasının tərəfdarıyıq. Əks halda onların da yayımı dayandırılacaq. Ekranın aşağısında tərcümə hökmən olmalıdır. Azərbaycan efirində səslənən bütün fikirlər tərcümə olunmalıdır”.
N.Məhərrəmlinin sözlərinə görə, intellektual xarakterli oyunların da titrlər vasitəsilə tərcüməsi verilməlidir: “Biz bu fikirdəyik, amma qərarı sabah verəcəyik”.
xeberler.az/Ellada