21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Türkiyənin "TRT-1" televiziya kanalının Azərbaycanın milli tezliyində yayımının davam etdirilməsi ilə bağlı müzakirələrə başlanılıb.
"Azərbaycan ərazisində Türkiyənin "TRT-1" televiziya kanalının milli tezlikdə yayımı ilə bağlı sazişin müddəti başa çatdığından, yayımın davam etdirilməsinə dair danışıqlar aparılır. Gələcəkdə bu məsələ ilə bağlı ən optimal variant üzərində qərar qəbul olunacaq və ortaq məxrəcə gələcəyik", - çərşənbə günü Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
Azərbaycan və Türkiyə arasında hökumətlərarası razılaşmadan sonra Radiotezliklər üzrə Dövlət Komissiyasının 1995-ci il 8 dekabr qərarı ilə "TRT-1"in Azərbaycanın milli tezliyində yayımı başlanıb. Bundan sonra "TRT-1" televizya kanalının Azərbaycanın milli tezliyində yayımının uzadılması ilə bağlı daha bir sənəd qəbul olunub. "TRT-1"in Azərbaycanın milli tezliyində yayımı ilə bağlı razılaşmanın müddəti bu ilin yanvarın sonunda başa çatıb.
"TRT-1" televiziya kanalı Azərbaycanın milli tezliyində yayımlansa da, AzTV dövlət televiziyası Türkiyədə kabel şəbəkəsi vasitəsi ilə yayımlanır. Bu ilin yanvarında Azərbaycanın milli tezliklərində xarici televiziya və radioların yayımına qadağa qoyulub.
MTRŞ sədrinin sözlərinə görə, "TRT -1" televiziya kanalının Azərbaycan ərazisində yayımlanması ilə bağlı ölkələrarası sazişdəki xüsusi bəndə əsasən, yayımla bağlı hər iki tərəf müəyyən narazılıq bildirməsə, sazişin müddəti avtomatik uzadılır.  www.trend.az