21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Apple” və “Facebook” bu statusa layiq bilinməyib.
“Google” şirkətinin icraçı direktoru Erik Şmidt ‘Wall Street Journal” qəzetinə verdiyi müsahibəsində “Google”nin əsas rəqibinin adını açıqlayıb. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Erik Şmidt deyib ki, “Google”nin bu gün əsas rəqibi “Apple” və ya “Facebook” deyil, məhz “Microsoft” korporasiyasının “Bing” axtarış servisidir.
Onun sözlərinə görə, “Apple” şirkətini “Google”nin “hörmətə layiq rəqibi”, “Facebook”u isə sosial şəbəkələr sahəsində əla göstəricilər nümayiş etdirən şirkət adlandırmaq olar: “Bununla belə, onların heç birini “Google”nin əsas rəqibi hesab etmək olmaz. Bizim şirkət üçün başlıca təhlükə ötən il “Microsoft”un istifadəyə verdiyi “Bing” servisindən gələ bilər. Bu yaxşı təşkil edilmiş və rəqabətə davamlı bir axtarış servisidir”.
“Nielsen” tədqiqat şirkətinin son hesabatında əks olunan məlumatlara əsasən, 2010-cu ilin avqust ayında “Bing” ilk dəfə olaraq ABŞ-ın axtarış bazarında “Yahoo” servisini geridə qoyaraq ikinci yeri tuta bilmib. “Bing”in payı dünya bazarında da artmaqdadır.