21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün (3 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycan Jurnalistlər Birliyi Cənub bölgəsində jurnalistlərin hüquqi maarifləndirilməsi layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Layihənin koordinatoru Xaqani İbadov QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihəni həyata keçirməkdə məqsədin cənub bölgələrində fəaliyyət göstərən yerli jurnalistlərin hüquqi biliklərinin artırılması və jurnalist peşəkarlığının vacibliyini və məsuliyyətini onlara aşılamaq olduğunu bildirib.
X. İbadov bununla bağlı Lənkəranda bölgə üzrə AJB-nin Media-Hüquq Mərkəzinin yaradıldığını və onun nəzdində yerli jurnalistlər üçün hüquq kurslarının təşkil edildiyini, eləcə də jurnalistlərlə söz azadlığı və ondan irəli gələn hüquqi tənzimlənmə yollarının müzakirə edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra çıxış edən AJB-nin məsul katibi Şahin Babayev bölgə mətbuatında dərc olunan qəzetlərin tirajının və əhalinin oxuculuq səviyyəsinin çox aşağı olduğunu bildirərək, çıxış yolu kimi dövlətin müdaxiləsinin vacibliyini göstərdi.