21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Mətbuat Şurası internet mediaya müdaxilə etmək niyyətində deyil”. Bu sözləri Editor.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı söyləyib.
Xatırladaq ki, Mətbuat Şurası yanında internet resursları üzrə komissiya fəaliyyətə başlayıb. Şuranın sədri Əflatun Amaşovun verdiyi açıqlamaya görə, internet xəbər portallarının fəaliyyətinin kordinasiya edilməsi, onlara qarşı yönələn haker hücumlarının aradan qaldırılması, daxil olan şikayətlərin araşdırılması məqsədilə yaradılan komissiya yaxın gələcəkdə öz sıralarını genişləndirəcək. Bu arada bəzi xəbər portalları rəhbərləri isə komissiyanın internet medianın fəaliyyətinə müdaxilə edəcəyi, onları neytrallaşdırmağa çalışacağı ilə bağlı iddialar səsləndirilər.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirdi ki, bu gün ölkədə intenet media resurslarının rolu artır və onların fəaliyyətinə biganə yanaşmaq olmaz: “İnternet xəbər portalları çap mediası olmasa da, kifayət qədər oxucu kontingenti qazanıb. Oxucuların böyük bir qisminin informasiyaya olan tələbatını internet xəbər portalları vasitəsilə ödədiyi bir şəraitdə onların kənarda qalması yolverilməzdir. Bu mənada Mətbuat Şurasının internet portallarla bağlı komissiya yaratması təqdir olunmalıdır. Amma bu o demək deyil ki, Şura onlara qarşı hər hansı təzyiq etməyi nəzərdə tutur. Qətiyyən belə deyil. Hətta deyərdim ki, bu mümkün də deyil. Bütün dünyada olduğu kimi, Azərbaycanda da internet azaddır və bu sahəyə müdaxilədən söhbət belə gedə bilməz. Digər tərəfdən internet mediada da reketçilik edən, insanları təhdid edən saytlar fəaliyyət göstərir ki, onların ictimai qınağa çəkilməsi zəruridir. İnanıram ki, Mətbuat Şurası yanında internet resursları üzrə komissiya internet xəbər portallarının qarşısında yeni imkanlar açacaq”.