21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Nazirlik bütün xərcləri öz üzərinə götürdü
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Masallıda Telekommunikasiya Qovşağında baş vermiş partlayış nəticəsində həlak olan, yaralanan şəxslərin ailələrinə birdəfəlik yardımlar ayrılması barədə əmr imzalayıb.
Bu barədə hadisə yerində jurnalistlərə açıqlama verən Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov məlumat verib. Həlak olan şəxslərin ailələrinin hər birinə 5 min manat, xəstəxanada müalicə olunanların hər birinə isə 2 min manat, xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra buraxılan şəxslərin isə hər birinə 1000 manat olmaqla birdəfəlik yardım göstəriləcək. Aparat rəhbəri onu da bildirib ki, bundan sonra xəstəxanada olanların bütün ehtiyacları nazirlik tərəfindən ödəniləcək.
Rayonda telefon rabitəsini bərpa etmək üçün isə Bakıdan avadanlıqlar gətirilib. Axşam saatlarına qədər kəndlərdə telefon rabitəsinin bərpa olunacağı gözlənilir.
Telekommunikasiya Qovşağına dəyən ziyanın məbləği hələ hesablanmayıb. Nazirlik rəsmisi, həmçinin ATS-də olan bir sıra avadanlıqların istifadəsinin mümkün olduğunu da açıqlayıb./// Qafqazinfo.az